Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-28 12:51:00
Yaponiya məktəbliləri 30 il əvvələ nisbətən iki dəfə çox kitab oxuyurlar  

Yaponiya məktəbliləri 30 il əvvələ nisbətən iki dəfə çox kitab oxuyurlar. Bu, Milli uşaq kitabxanaları assosiasiyasının sosial tədqiqatı nəticəsində məlum olub.

 

Tədqiqatın nəticələrinə görə, ibtidai sinif şagirdləri 1992-ci ildə hər ay orta hesabla 6,5 kitab olduqları halda, hazırda ayda 13,2 kitab oxuyurlar. Orta və yuxarı sinif şagirdləri ayda təxminən beş kitab oxuyurlar, otuz il əvvəl isə bu göstərici 2,5 kitabdan bir qədər çox idi.

 

Tədqiqat göstərib ki, yuxarı siniflərin şagirdləri dərslə çox yükləndiklərinə və imtahanlara hazırlaşdıqları üçün kitab oxumağa az vaxtları qalır. Eyni zamanda, bütün siniflər üzrə qızlar oğlanlardan çox mütaliə edirlər.

 

Milli uşaq kitabxanaları assosiasiyası, həmçinin müəyyənləşdirib ki, yapon məktəbliləri ümumilikdə elektron daşıyıcılardan daha çox kağız kitablara üstünlük verirlər.

 

Azərtac