Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-28 11:29:00
ADNSU Elmi Şurasında vacib qərarlar qəbul edilib

Oktyabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib.

 

AzEdu.az xəbər verir ki, gündəlikdə olan məsələləri elan etməmişdən öncə ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin 2 əməkdaşını – professor Camal Mustafayev və dosent Cəmaləddin Aslanovu yubiley yaşları münasibəti ilə təbrik edib, onlara uzun ömür, möhkəm cansağlığı arzulayıb.

 

İclasda 20210-2022-ci tədris ilinə planlaşdırılmış akademik yükün yerinə yetirilməsi və 2022-2023-cü tədris ilinə professor-müəllim və tədris-köməkçi heyətin ştatı barədə Tədris işləri üzrə prorektor, dos. Qasım Məmmədov, 2022-2023-cü tədris ilində doktoranturaya qəbulun nəticələri haqqında, həmçinin tədqiqatçı professor, professor, tədqiqatçı dosent, dosent, aparıcı müəllim və müəllim vəzifələrinə qoyulan tələblər barədə Elmi işlər üzrə prorektor, prof. Lətafət Qardaşova şura üzvlərinə geniş məlumat verib. Sonra Geoloji kəfiyyat fakültəsinin dekanı, dos. Naməd Paşayev fakültənin fəaliyyəti haqqında illik hesabat məruzəsi ilə çıxış edib.

 

Universitetdə təhsil və tədərisin yüksəldilməsi istiqamətində görülən işlərdən və qarşıdakı hədəflərdən danışan rektor, professor Mustafa Babanlı ADNSU nümayəndə heyyətinin Türkiyə Cümhuriyyətinin Konya və Ankara şəhərlərinə ezamiyyətinin nəticələri, Orta Doğu Teknik Universitetinin rektoru Prof. Dr. Mustafa Versan Kökə ADNSU-nun fəxri doktoru adının verilməsi barədə Elmi Şura üzvlərinə məlumat verib.  Bu görüşlərin qardaş ölkənin ali təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlığın inkişafına xüsusi töhfə verəcəyi qeyd olunub.

 

Gündəliyə uyğun olaraq müəllimlərin reytinqi haqqında, ADNSU-nun Dünya universitetlərinin reytinqində iştirakı (QS, THE və s.) barədə danışan rektor, professor Mustafa Babanlı elmi nailiyyətlərin universitetin inkişafı üçün önəmini qeyd edib və bu fəaliyyətdə hər bir müəllimin, elmi işçinin üzərinə düşən vəzifələrdən danışıb.

 

Elmi Şuranın iclasında gündəlikdə olan məsələlər şura üzvləri ilə müzakirə edildikdən sonra yekdil qərarlar qəbul olunub. Rektor, professor Mustafa Babanlı bütün məsələlərlə bağlı irad və təkliflərini bildirib, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verib.