Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-28 11:16:00
Rektorlar konfransı ilə bağlı təlim keçirilib-Üzvlərin sayı artırılacaq

“Erasmus+ KA2” proqramı çərçivəsində “Azərbaycanda Rektorlar Konfransının yaradılması”  (ECAR) layihəsi üzrə tərəfdaş universitetlərin nümayəndələri üçün ikigünlük təlim keçirilib.

 

AzEdu.az xəbər verir ki, təlimdə AzTU-nu Xarici əlaqələr şöbəsinin əməkdaşı Mətanət Paşayeva və Dayanıqlı İnkişaf İnstitutunun baş elmi işçisi Natavan Namazova təmsil edib.

 

Təlimdə universitetlərin akkreditasiyası və beynəlxalq reytinq cədvəllərində yeri, şəbəkə fəaliyyətlərində üzvlərin rolu, rektorlar konfransının universitetlərin beynəlmiləşdirilmə strategiyasında rolu mövzularında müzakirələr aparılıb. Bundan başqa, rektorlar konfransının fəaliyyəti çərçivəsində dərc olunacaq publisistik jurnalın strukturunun formalaşdırılması, hədəf auditoriyasının müəyyənləşdirilməsi, idarə olunması, şəbəkə fəaliyyətinə töhfəsi, həmçinin konfrans üzvlərinin sayının artırılmasında jurnalın rolu ilə bağlı fikir mübadiləsi aparılıb.