Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-28 09:45:00
Tələbə Basketbol oyunun qalibi AzTU olub  

Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında Tələbə Basketbol Liqasının 2022/2023-cü il üzrə seçmə mərhələsinə start verilib. İlk qarşılaşma AzTU və Bakı Ali Neft Məktəbinin (BANM) komandaları arasında keçirilib. Oyunun nəticəsinə əsasən, AzTU komandası 106:52 hesabı ilə BANM-a qalib gəlib.

 

AzEdu.az xəbər verir ki, AzTU komandası noyabrın 3-də Azərbaycan Dillər Universiteti, noyabrın 10-da Qərbi Kaspi Universiteti, noyabrın 12-də isə  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası ilə qarşılaşacaq.