2022-10-27 18:09:00
LDU-da Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş-FOTO
Zəfər bayramı ərəfəsində Lənkəran Dövlət Universitetində (LDU) çalışan və təhsil alan Qarabağ müharibəsinin iştirakçıları və qazilərlə görüş keçirilib. Lənkəran Şəhər Gənclər və İdman İdarəsi ilə birgə keçirilən tədbir vətənin azadlığı və müstəqilliyi uğrunda qurban gedən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
LDU-nun sosial məsələlər üzrə prorektoru, şəhid atası, dos.Kamran Kazımov tədbirdə iştirak edən müharibə iştirakçılarını və qaziləri universitetin rektoru, prof. Natiq İbrahimovun adından salamlayaraq belə görüşlərin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində böyük rol oynadığını deyib, diskussiya və dialoqun, canlı görüşlərin əhəmiyyətindən danışıb.
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun mənfur qonşularımız-erməni qəsbkarları üzərində qazandığı böyük qələbənin gedişatını, 44 günlük Vətən müharibəsinin xronikasını əks etdirən video-rolik nümayiş edilib.
Video-rolikin nümayişindən sonra çıxışlar olub. I və II Qarabağ müharibəsi iştirakçılarından LDU-nun “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri, dos.Qədim Rufullayev, “Coğrafiya və onun tədrisi metodikası” kafedrasının baş müəllimi Qalib Əmənov, LDU HİK sədri Vaqif Quliyev, tyutor Əli Zamanzadə, tələbə Elman Osmanov, Lənkəran Şəhər Gənclər və İdman İdarəsi rəisi Teymur Babazadə çıxış edərək 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı böyük zəfərdən, qəhrəman oğullarımızın şücaətlərindən, erməni qəsbkarlarına qarşı aparılan haqq savaşında oynadıqları roldan danışıblar. Çıxışçılar ölkədə və Lənkəran Dövlət Universitetində Vətən müharibəsi iştirakçıları və qazilər üçün yaradılan şəraitdən razılıq edərək diqqət və qayğıya görə ölkə və universitet rəhbərliyinə minnətdarlıq bildiriblər.
30 ilə qədər düşmən tapdağında qalan əzəli və əbədi torpaqlarımızın geri qaytarılması uğrunda canlarını fəda etmiş şəhid eloğullarımızın, o cümlədən, LDU-nun şəhid tələbə və məzunlarının xatirəsi çıxışçılar tərəfindən ehtiramla anılıb, onların ölməz xatirəsinin xalqın yaddaşında əbədi yaşayacağı bildirilib.
Sonda xatirə şəkilləri çəkilib.
Bu bölməyə aid digər xəbərlər
Yağış, dolu və qar yağacaq - Günün havası
2024-05-15 08:31:10
Musiqi məktəblərində işə qəbul üçün qeydiyyat mayın 22-də bitir
2024-05-14 16:56:03
PISA üzrə II ICESCO Nazirlər Konfransı başa çatıb
2024-05-14 16:06:26
Peşə Təhsil Mərkəzi İsveçrə universiteti ilə əməkdaşlığa başlayır
2024-05-14 14:23:02
Yağıntılı hava sabah da davam edəcək
2024-05-14 13:13:55
Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib
2024-05-14 12:30:41
Naxçıvanda dövlət qulluqçuları üçün təlimlər keçirilir
2024-05-14 12:01:08
Bu şəxslər də təhsil kreditləri ala biləcəklər - YENİLİK
2024-05-14 10:06:35
“Tarixdə bu gün” - 14 may...
2024-05-14 08:58:00
Rayonlarda leysan yağış, dolu və qar yağacaq - Günün havası
2024-05-14 08:45:23
kitabı
ÇOX OXUNANLAR
14 May 2024, 15:16
Qəbul imtahanları YAXINLAŞIR: Abituriyentlər bu məqamlara diqqət etsinlər
6 May 2024, 09:20
Sertifikasiya: “Təkrar imtahan müəllimlər üçün böyük şansdır”
7 May 2024, 10:17
Məktəblilər arasında dava ölümlə nəticələnib
13 May 2024, 09:25
Azərbaycanın “Brend tələbə”ləri - SİYAHI
8 May 2024, 13:05
III ixtisas qrupu: Bu ixtisasların iş imkanları GENİŞDİR
9 May 2024, 13:25
Təhsilin sağlamlaşdırılması üçün sertifikasiya yeganə yoldur
10 May 2024, 21:00
Aprelin 14-də keçirilən imtahanların nəticələri AÇIQLANDI
11 May 2024, 10:35
14 aprel imtahanında ən yüksək bal toplayan ölkə birincisi
FACEBOOK