Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-27 17:58:00
BMU-nun əməkdaşına Gürcüstanda sertifikat təqdim edildi 

Bakı Mühəndislik Universitetinin (BMU) Ümumi fənlər kafedrasının müəllimi Mir Ramin Yunusov “PPRD East 3” proqramı çərçivəsində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçirilən “Training of trainers” kursunda iştirak edib.

 

AzEdu.az xəbər verir ki, təlim fövqəladə hallar sahəsində hadisələrə cəld reaksiyavermə, onların qarşısının alınması və aradan qaldırılması üzrə Şərq tərəfdaşlığını əsas tutaraq reallaşdırılıb. Bu sahədə bacarıqların inkişaf etdirilməsi məqsədilə iştirakçılara həm nəzəri, həm də praktiki bilikləri aşılayan təlimə Azərbaycan, Moldova, Gürcüstan və Finlandiya respublikalarının müvafiq fövqəladə hallar qurumlarının əməkdaşları da qatılıblar.

 

Sonda iştirakçılara sertikatlar təqdim olunub.

 

Qeyd edək ki, 2010-cu ildə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı siyasəti təşəbbüsü çərçivəsində başlanılan “PPRD East” proqramının məqsədi sözügedən ölkələrdə fəlakət riskinin azaldılması və böhranların idarə edilməsini gücləndirmək və Aİ-nin Mülki Müdafiə Mexanizmi ilə regional əməkdaşlığı təşviq etməkdir.