Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-27 13:46:00
Gürcüstanın Təhsil naziri UFAZ-da olub

Oktyabrın 26-da Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev, ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Təhsil və Elm naziri Mixeil Çxenkeli Azərbaycan Dövlət Nevt və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) olub.

 

AzEdu.az xəbər verir ki, görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze, UFAZ-ın icraçı direktoru Vazeh Əskərov, baş katib Elizaveta Bydanova və digər qonaqlar  iştirak ediblər.

 

Qonaqlar əvvəlcə UFAZ-ın fizika, kimya laboratoriyalarını gəzib, universitetin auditoriyaları və maddi-texniki bazası ilə yaxından tanış olublar. UFAZ-ın tədris binası ilə tanış olduqdan sonra qonaqlara universitet, tədris prosesi barədə ətraflı məlumat verilib.