Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-27 13:16:00
UNEC-də “İnsan resursları mütəxəssisi” kursuna qeydiyyat davam edir   

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ömürboyu Təhsil Mərkəzində “İnsan resursları mütəxəssisi” (HR) kursuna qeydiyyat başlayıb.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, kurs “İşə qəbul və seçim”, “HR əməliyyatlar”, “HR informasiya sistemləri”, “HR data analitika”, “Rəqəmsal HR”, “Əməyin təhlükəsizliyi və iş yerində sağlam mühit”, “HR Agile” menecment” mövzularını əhatə edir.

 

UNEC Ömürboyu Təhsil Mərkəzi tərəfindən təqdim olunan kursda HR sahəsi ilə əlaqəli mövcud proqram, sistem və alətləri istifadə edə bilmək bacarıqları tədris olunacaq. Üç aylıq kursun tədris proqramı 48 saatı əhatə edir. Kurs HR sahəsi üzrə peşəkar mütəxəssis Tural Dadaşov tərəfindən tədris olunacaq. “İnsan resursları mütəxəssisi” kursu bu sahədə karyera qurmaq və peşəkar olmaq istəyənlər üçün mükəmməl fürsətdir.

Müraciətlərin qəbulu noyabrın 5-dək davam edəcək.