Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-27 10:45:00
BDU-nun Psixoloji yardım sektoru “Oxu klubu”na üzvlük üçün qəbul elan edir  

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru 2022-2023-cü tədris ilində “Oxu klubu”na üzvlük üçün qəbul elan edir.

 

AzEdu.az-a bu barədə BDU-dan məlumat verilib.

 

“Oxu klubu”nun yaradılmasında məqsəd universitet əməkdaşları və tələbələrinin təhsil və şəxsi inkişaf səviyyəsinin artırılmasıdır. Klubun fəaliyyət planı çərçivəsində moderatorluq qabiliyyətinin, oxu vərdişlərinin inkişaf etdirilməsi, ədəbiyyat nümunələrinin təhlili məqsədilə psixi proseslər üzrə praktik çalışmaların aparılması nəzərdə tutulub.

 

Görüşlər ayda iki dəfə keçiriləcək və hər görüş 2 saat davam edəcək.

 

“Oxu klubu”nda ilk görüş noyabrın 2-də keçiriləcək.

 

Qeydiyyatdan keçmək üçün əlaqə vasitələri: wp: ( 077)304 24 48, instgram: pys__bdu