Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-25 10:03:00
LDU-da ekoloji mövzuda maarifləndirici tədbir keçirilib-FOTO

Lənkəran Dövlət Universitetinin (LDU) "Təbuyyat" fakültəsində Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün tədbirlər planı”nın icrası ilə bağlı olaraq "Ölkəmizdə şirin su ehtiyatları ilə bağlı problemlər" mövzusunda maarifləndirici tədbir keçirilib.


AzEdu.az xəbər verir ki, tədbiri giriş sözü ilə "Təbiyyat" fakültəsinin dekan müavini Şəbinə Niftullayeva açaraq şirin su ehtiyatları və onlardan səmərəli istifadə edilməsinin vacibliyi haqqında məlumat verib.


Müzakirə edilən mövzu ilə bağlı “Biologiya və ekologiya” kafedrasının dosenti, biol.f.d. Qorxmaz Ağayev geniş məruzə edib. Məruzəçi bildirib ki, müasir dövrdə bütün dünyada olduğu kimi, respublikamızda da şirin su ehtiyatlarının öyrənilməsi və həmçinin ondan səmərəli istifadə olunması olduqca aktual məsələdir. Bu problemi həll etməyin müxtəlif yolları mövcuddur, amma onlardan ən vacibi, cəmiyyətin bütün təbəqələri arasında maarifləndirici seminarların təşkil edilməsi, sudan qənaətlə istifadənin təbliğidir.


Məruzə ətrafında keçirilən müzakirədə tələbələr fəal iştirak edib. Tədbirin sonunda iştirakçılara xüsusi ştrixkod əks olunmuş və sudan səmərəli istifadənin vacibliyini əks etdirən məlumatverici şəkillər paylanılıb.