Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-21 17:51:00
UNEC-də hazırlıq kursuna qeydiyyat başlayıb

UNEC Ömürboyu Təhsil Mərkəzində Peşəkar Mühasib Sertifikatının (PMS) I mərhələsi üzrə hazırlıq kursuna qeydiyyat başladı.

 

AzEdu.az xəbər verir ki, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatına hazırlıq kursu aşağıdakıları əhatə edir:

 

  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları PMS növü üzrə 
  • I mərhələ –"Mühasibat uçotu"

 

Kurs UNEC "Maliyyə və Mühasibat" fakültəsinin dekanı, iqtisad elmləri namizədi Hafis Hacıyev və UNEC "Maliyyə və Mühasibat" fakültəsinin dekan müavini Abdulkərim Sadıqov tərəfindən tədris ediləcək.

 

Kursun tədris proqramı 60 saatı əhatə edir. Dərslər 3 aylıq müddətdə UNEC-in əsas tədris binasında keçiriləcək.

 

Ətraflı məlumat almaq üçün aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz.

 

Tel: +99412 4414539
Mobil/whatsapp: +99470 515 16 18
e-mail: [email protected]
web: lifelong.unec.edu.az