Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-21 15:56:00
UNEC-in müəllim-tələbə heyəti Xalq Təhsili Muzeyində olublar-FOTOLAR

UNEC Dizayn məktəbinin direktoru dosent Lalə Məmmədova, Rus İqtisad Məktəbinin direktor müavini dosent Anar Eyyubov, Dizayn kafedrasının müdiri dosent Elfanə Qasımova, TEC sədri Gülçöhrə Salehzadə və tələbələr Xalq Təhsil Muzeyinə ekskursiya ediblər. 

 

AzEdu.az xəbər verir ki. UNEC kollektivi muzeydə nümayiş etdirilən Azərbaycan elm və təhsilin inkişaf tarixi, təhsil sisteminin bütün pillələrində qazanılmış uğurlar, təhsilin yetirdiyi ən görkəmli şəxsiyyətlər və maarifçilərin fəaliyyəti, ilk müəllimlər, ziyalıların ana dilində təhsil uğrunda mübarizəsi, müxtəlif təhsil müəssisələri, eləcə də  qadınların təhsili sahəsində apardıqları islahatlar və təhsilə dövlət qayğısını əks etdirən sənədlər, materiallar, müxtəlif dövrlərə aid dərslik və proqramlar, maketlərlə tanış olublar. XVIII əsrə aid olan və ilk dərslik kimi nümayiş olunan Qurani-Kərim tələbələrin xüsusi marağına səbəb olub. 

 

Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafı naminə fəaliyyətini əks etdirən "Heydər Əliyev və təhsil", Prezident İlham Əliyevin təhsil sahəsində genişmiqyaslı fəaliyyətini və Heydər Əliyev Fondunun təhsilə göstərdiyi qayğını təcəssüm etdirən materiallar da böyük maraqla izlənib.