Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-21 12:46:00
Bakı Dövlət Universitetində 93 yaşlı kafedra müdiri varmış

Bakı Dövlət Universitenində (BDU) çalışan ən yaşlı müəllimin önümüzdəki günlərdə 93 yaşı tamam olacaq.

AzEdu.az-ın  məlumatına görə, bu, Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri vəzifəsində çalışan Məsumə Məlikovadır.

1929-cu il təvəllüdlü Məsumə Məlikova noyabr ayının 22-də 93 yaşını tamamlayıb, 94-ə qədəm qoyacaq.

Hüquq elmləri doktoru, professor Məsumə Məlikova düz 54 ildir eyni vəzifədə - Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri postunda çalışır. O, 1968-ci ildən həmin kafedraya rəhbərlik edir.

Məlumata görə, bu, BDU-nun tarixində olmayan hadisədir. Deyilənə görə, M.Məlikovanın bu yaşda kafedra müdiri vəzifəsində çalşması universitetdə çoxlarını təccübləndirir. 

93 yaşlı M.Məlikova Bakı şəhərində anadan olub. 1947-1952-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.



1952-ci ildə ali təhsili bitirdikdən sonra  elmi-pedaqoji fəaliyyət məqsədi ilə unuversitetin Hüquq fakültəsinin Dövlət hüququ kafedrasında müəllim vəzifəsində saxlanılıb. 1956-1958-cı illərdə həmin kafedrada müəllim, 1958-60-cı illərdə baş müəllim, 1960-1968-ci illərdə dosent vəzifələrində çalışıb


1968-cı ildən hazıra qədər BDU-nun Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiridir.
 

1958-ci ildə M.V.Lomonosov adına MDU-da “M.F.Axundovun ictimai-siyasi baxışları” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1973-cü ildə “XIX əsrin II yarısı-XX əsrin başlanğıcında Azərbaycan maarifçilərinin siyasi və hüquqi baxışları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib


1974-cü ildə professor elmi adı alıb. 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.


Bir çox dərslik, dərs vəsaiti, monoqrafiyanın müəllifidir. Professor Məsumə Məlikova 1969-cu ildə “Azərbaycan SSR əməkdar hüquqşünası” fəxri adı verilib. O, 1976-cı ildə “Şərəf nişanı” ordeni, 1985-ci ildə “Əmək veteranı” medalı, 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. (Modern.az)