Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-21 11:17:00
UNEC Anadolu Universiteti ilə əməkdaşlıq edəcək

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Türkiyənin Anadolu Universiteti arasında Erasmus+ mübadilə proqramına əsaslanan müqavilə imzalanıb. 

 

AzEdu.az xəbər verir ki, tərəflər arasında əldə olunan razılığa əsasən, UNEC-in  20 tələbəsinin və 16 nəfər müəlliminin Anadolu Universitetində 2022/2027-ci illərdə mübadilədə iştirak etməsi nəzərdə tutulub. 
 
 
Proqram çərçivəsində ilk olaraq tələbələrin təcrübə mübadiləsi həyata keçiriləcək. Belə ki, müsabiqədən uğurla keçən tələbələr Anadolu Universitetində müxtəlif  strukturlarda təqaüdlü təcrübədə iştirak edəcəklər.