Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-19 17:47:00
Dövlət qulluqçusunun xidməti fəaliyyətilə bağlı təlim keçirilib  

Dövlət İmtahan Mərkəzinin (DİM) Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdir müavini Lalə Qədirova tərəfindən “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası” mövzusunda təlim keçirilib. Təlimdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 28 əməkdaşı iştirak edib.

 

Bu barədə AzEu.az -a DİM-dən məlumat verilib. Bildirilib ki, təlimdə iştirakçılara dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin həyata keçirilməsi, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər, qiymətləndirilmənin həyata keçirilməsi ilə bağlı vəzifələr barədə məlumat verilib. Habelə təlimdə tapşırıq və meyarlar üzrə mühümlük dərəcəsinin və qiymətlərin müəyyən edilməsi, qiymətləndirilmənin nəticəsinə uyğun olaraq təkmilləşdirilməli olan bacarıqlar və tələb edilən təlimlərlə bağlı praktiki tapşırıqlar yerinə yetirilib.

 

Dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlər davam etdiriləcək. Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 310-53 -16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.