Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-19 09:40:00
Oğuzda şagirdin dərsdə ölümü ilə bağlı prokurorluq araşdırmalara başlayıb  

Oğuz rayonunda 11-ci sinif şagirdinin dərsdə ölüm faktı ilə bağlı prokurorluq araşdırmalara başlayıb.

 

Hadisə oktyabrın 18-də rayonun Çaldaş kəndində qeydə alınıb.

 

Belə ki, rayon sakini, 2006-cı il təvəllüdlü Əzizova Zarema Əhməd qızı oxuduğu kənd orta məktəbində idman dərsində qəflətən ürək çatışmazlığından ölüb.

 

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır

 

report