Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-18 15:06:00
ADNSU rektoru Türkiyə universitetinə səfər edib

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, prof. Mustafa Babanlı və rəhbərlik etdiyi nümayəndə heyəti  oktyabrın 17-də Konya Texniki Universitetini ziyarət edib.

 

AzEdu.az xəbər verir ki, ADNSU-nun rektoru, prof. Mustafa Babanlı və Konya Texniki Universitetinin rektoru, prof. Nuri Osman Çelik arasında keçirilmiş görüşdə universitetlər arasında gələcəkdə müştərək məqsədli elmi layihələrin işlənib hazırlanması, müxtəlif təcrübə və mübadilə proqramlarının həyata keçilirməsi müzakirə edilib.