Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-18 13:45:00
Doğum günündə şəhidlik zirvəsinə ucalan AzTU məzunu

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Eltun Qasımov 1994-cü il oktyabrın 18-də Bakıda anadan olub.

 

O, 2012-2016-cı illərdə AzTU-da Sənayenin təşkili və idarə olunması ixtisası üzrə təhsil alıb. Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanan Eltun Qasımov xidməti uğurla başa vurub.  

 

AzEdu.az xəbər verir ki, Eltun Qasımov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. O, Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Eltun Qasımov 2020-ci il oktrabrın 18-də Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

 

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Eltun Qasımov ölümündən sonra "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!