Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-18 11:15:00
“ASAN xidmət” mərkəzlərində təhsil xidmətlərinin əhatə dairəsi genişlənir  

Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində daha 6 “ASAN xidmət” mərkəzində təhsil xidmətləri təqdim olunmağa başlanılıb.

 

Nazirlikdən AzEdu.az-a bildirilib ki, sözügedən mərkəzlərə Ağcabədi, Tovuz, Masallı, Mingəçevir, İmişli və Qəbələ “ASAN xidmət” mərkəzləri aiddir.

Bakıdakı 5 və 7 saylı “ASAN xidmət” mərkəzlərində, 2 saylı Sumqayıt və 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzlərində də təhsil xidmətləri vətəndaşlara təqdim olunur.

Mərkəzlər vasitəsilə vətəndaşlar təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi xidməti, cari təhsil alanlar üçün elektron təhsil arayışları, ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu (qeydiyyat), şagirdlərin elektron yerdəyişməsi (qeydiyyat), Təhsil Tələbə Kreditinə elektron müraciət (qeydiyyat), uşaqların məktəbəhazırlıq qruplarına elektron qeydiyyatı, məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat, ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu, ali təhsil pilləsinin bakalavr səviyyəsi üzrə elektron sənəd qəbulu, sertifikatlaşdırma prosesindən keçmiş təhsilverənlərə sertifikatlarının verilməsi xidmətlərindən yararlana bilərlər.

Təhsil xidmətlərinin hər biri Elm və Təhsil Nazirliyi tərəfindən elektron qaydada da həyata keçirilir.

Xidmətlər haqqında daha ətraflı məlumatı keçiddən əldə etmək mümkündür.