Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-18 10:30:00
Növbəti TOEFL iBT imtahanı keçiriləcək  

Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service - ETS) TOEFL iBT imtahanı oktyabrın 19-da Dövlət İmtahan Mərkəzinin (DİM) Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə imtahan binasında olmalıdırlar. İmtahan saat 09:00-da başlanır.

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər. TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.