Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-17 17:33:00
Türkiyəli iqtisadçı UNEC tələbələri ilə görüşüb-FOTO

“İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin və UNEC Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə tələbələrin Türkiyənin görkəmli iqtisadçısı, bir sıra iqtisadi kitabların müəllifi Dr. Mahfi Eğilmez ilə ilk dəfə görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin sədri Aslan Əzimzadə Mahfi Eğilmezin önəmli və tövsiyə olunan kitabları barədə məlumat verib.

 

Daha sonra Mahfi Eğilmez son illər ərzində dünya iqtisadiyyatında baş verən iqtisadi proseslər haqqında məlumat verib. Təqdimatdan sonra görüş tələbələrin Türkiyə iqtisadiyyatının müasir vəziyyəti, qlobal iqtisadi böhranlar, dünya iqtisadiyyatındakı inflyasiyanın strukturu və gələcək illərin iqtisadi durumu istiqamətində müxtəlif sualları ilə davam edib.