Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-17 16:10:00
UNEC-in Zaqatala filialının kollektivi şəhid Elvin Məmmədovu anıblar

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canından keçən Elvin Məmmədovun şəhadətə yüksəlməsinin ikinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir ki, şəhidin ildönümü ilə əlaqədar UNEC-in Zaqatala filialının müəllim və tələbə heyəti onun məzarını ziyarət edərək, üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

 

Qeyd edək ki, şəhid Elvin Məmmədov 1992-ci ilin oktyabrında Zaqatala şəhərində anadan olub. Vətən müharibəsi zamanı könüllü olaraq cəbhəyə yollanan Elvin 2020-ci il oktyabrın 15-də Ağdərə istiqamətində gedən döyüşlərdə yaralı əsgər yoldaşını döyüş bölgəsindən çıxararkən özü də qəhrəmancasına şəhid olub.

 

Elvin Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.