Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-17 13:42:00
3 ay əvvəl nişanlanan tələbə niyə  intihar edib?-Universitetdən AÇIQLAMA

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Muxtar Qayıbov intihar edib.

 

2000-ci il təvəllüdlü tələbə özünü Aşağı Güzdək qəsəbəsində, yaşadığı evin həyətində asaraq həyatına son qoyub.

 

Universitetin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov AzEdu.az-a açıqlamasında hadisə ilə bağlı tələbənin ailəsi ilə əlaqə saxlanıldığını bildirib:

 

“Muxtar Qayıbov Geoloji-kəşfiyyat fakultəsinin III kurs tələbəsi idi. Yaxşı oxuyan, fərqlənən tələbə idi. Valideynləri ilə əlaqə saxlamışıq, onlar da ağır vəziyyətdədirlər.Hər hansı bir problemin olmadığını bildirilər, intiharın səbəbi onlar üçün də müəmmalıdır”.

 

Qeyd edək ki, Muxtar Qayıbov 3 ay əvvəl nişanlanıbmış.