Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-17 11:00:00
VII könüllülük proqramına sənəd qəbulu başa çatıb-BŞTİ  

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunmuş VII könüllülük proqramına sənəd qəbulu başa çatıb.

 

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, proqramda iştirak etmək üçün 100-dən çox könüllü elektron ([email protected]) qaydada sənəd verib. Onlardan müvafiq meyarlar üzrə uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Müsahibədən uğurla keçən şəxslər noyabr ayından etibarən BŞTİ-nin struktur bölmələrində 3 ay səmərəli təcrübə keçmək imkanı qazanacaqlar. Könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.

Qeyd edək ki, BŞTİ 2014-cü ildən etibarən könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İndiyədək idarə tərəfindən həyata keçirilmiş könüllülük proqramlarında 200-dək gənc iştirak edib. Onlardan 19 nəfəri hazırda BŞTİ-nin əməkdaşıdır.