Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-15 15:05:00
ADNSU-nun rektoru uğurlu kurs keçən tələbələrə sertifikatlar təqdim edib

Oktyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Azərbaycan Layihə İdarəetmə Assosiasiyasında kurs keçən tələbələri mükafatlandırıb.

 

AzEdu.az xəbər verir ki, universitetin İnformasiya Texnologiyaları və İdarəetmə,  İqtisadiyyat və Menecment fakültəsinin 10 tələbəsi  Azərbaycan Layihə İdarəetmə Assosiasiyasında “layihə menecmeti tədris potensialının və layihələrin idarə olunması üzrə kompetensiyaların artırılması” üzrə 1 aylıq kursu başa vuraraq sertifikatla mükafatlandırılıblar.

 

Kursu uğurla başa vuran tələbələrlə görüşdə rektor, professor Mustafa Babanlı bu layihənin önəmindən danışıb və layihələndirmə işinin təşkilinin, onun gəclərə öyrədilməsinin vacibliyini qeyd edib.

 

Tədbirdə iştirak edən Azərbaycan Layihə İdarəetmə Assosiasiyasının vitse-prezidenti Fərid Kazımov kurs müddətində ADNSU-nun tələbələrinin digər universitet tələbələrindən aktiv olduğunu qeyd edib və sertifikat qazanan tələbələrin kifayət qədər məsuliyyətli və savadlı olduğunu deyib. O, bundan sonra da layihələndirmə işinin  təşkili ilə bağlı ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

 

Sonda rektor, professor Mustafa Babanlı tələbələrə sertifikatlar təqdim edərək onları təbrik edib, təhsillərində yeni-yeni yuğurlalr arzu edib.