Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-13 16:36:00
Aktiv xəstə sayı 500-dən aşağı DÜŞDÜ

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 81 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, son sutkada COVID-19 virusundan ölən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 822 427 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 998 nəfər müalicə olunaraq sağalıb, hazırda 498 aktiv xəstə var. Bu günə qədər 9 931 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 443, bu günə qədər isə ümumilikdə 7 282 773 test icra olunub.