Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-13 14:58:00
ERASMUS+ mübadilə proqramı yaz semestri üçün təqaüdlü təhsil elan edir

UNEC ERASMUS+ mübadilə proqramı çərçivəsində bakalavriat təhsil səviyyəsi üzrə aşağıda qeyd olunan universitetlərə 2022/2023-cü ilin yaz semestri üçün təqaüdlü təhsil almaq imkanı təqdim edir. 

 

  • Leon Universiteti (İspaniya) - 1 yer
  • İstanbul Gelişim Universiteti (Türkiyə) - 2 yer

 

Müraciət üçün əsas şərtlər:

 

  • Tələbənin ümumi orta balı (ÜOMG) 91-dən yuxarı olmalı;
  • İngilis dili/türk dili (Gelişim Universiteti üçün) B1/B2 səviyyəsində olmalı;
  • Müraciət üçün son tarix: 31 oktyabr 2022-ci il
  • Bakalavr pilləsi üzrə 2, 3 və ya 4-cü kurs tələbəsi olmalı.

 

Tələb olunan sənədlər:

 

  • ƏRİZƏ
  • Transkript
  • CV (ingilis dilində)
  • Niyyət məktubu (Motivation letter)

 

Xarici pasport (ilkin müraciət zamanı şəxsiyyət vəsiqəsi də keçərlidir)

 

Müvafiq dil sertifikatı (IELTS, TOEFL, TÖMER və ya müvafiq fakültələrdə ingilis/türk dilində təhsil aldığını göstərən sənəd).

 

Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” fayl şəklində [email protected]  elektron poçt ünvanına təqdim olunmalıdır. (Sənədləri ayrı-ayrı fayllarda göndərənlərin müraciətlərinə baxılmayacaqdır).  E-mail başlığında universitetin adını qeyd etməyiniz xahiş olunur.