Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-13 09:27:00
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır-RƏSMİ

17 oktyabr 2022-ci il  saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən start veriləcək.

 

AzEdu.az xəbər verir ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

 

Qeyd edək ki, sentyabrın 5-də şagird yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılmışdı. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.