Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-13 09:13:00
LDU-da tibbi maarifləndirmə ilə bağlı tədbir keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) “Leykozlu uşaqlara Dəstək” İctimai Birliyi ilə birgə “Regionlarda talassemiya və  qan donorluğu barədə maarifləndirmə” mövzusunda maarifləndirici seminar keçirilib.

 

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstək Agentliyinin maliyyə yardımı ilə  keçirilən tədbiri giriş sözü ilə Təbiyyat fakültəsinin dekanı,dos.Ramiz Şəmmədov açıb. Seminarın olduqca vacib məsələyə həsr olunduğunu deyən Ramiz Şəmmədov bildirib ki, tibb elminin əldə etdiyi nailiyyətlər artıq əksər xəstəliklərin qarşısını almağa imkan verir. Bu gün bütün dünyada olduğu kimi respublikamızda da müasir tələblərə cavab verən səhiyyə ocaqları tikilib, həmin müəssisələr ən müasir tibbi avadanlıqlarla təmin olunub, ixtisaslı kadrlar hazırlanıb. Bütün bunlara baxmayaraq, elə xəstəliklər var ki, onun qarşısında tibb elmi hələ ki, acizdir. Bu xəstəliklərdən xilas olmağın yolu isə tibbi maariflənmədən keçir.  Dos.Ramiz Şəmmədov LDU-da keçirilən tədbiri bu istiqamətdə atılan mühüm addım kimi dəyərləndirib.

 

AzEdu.az xəbər verir ki, layihə rəhbəri, “Leykozlu uşaqlara Dəstək” İctimai Birliyinin sədr müavini Emin Nəbili çıxışında  layihə çərçivəsində Lənkəran şəhərində talassemiya xəstəliyi, səbəbləri, müayinə və müalicəsi ilə bağlı görülən işlər, həmçinin qan donorluğunun əhəmiyyəti, qan donorlarının bilməli olduğu vacib məsələlərlə bağlı geniş məlumat verib, tövsiyələrini bildirib.

 

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hematoloqu, ekspert İradə Kərimova, Mərkəzi Qan bankının Lənkəran bölməsinin rəhbəri İkin Əsədullayev və “Nömrə 1” psixoloji mərkəzinin posixoloqu Nigar Sadıqova nikaha daxil olan gənclər arasında bu xəstəliklər barədə məlumat azlığının olması, xəstəliyin yayılması səbəbləri, qohum nikahların törətdiyi fəsadlar, ölkəmiz üçün strateji olan qan donorluğunun inkişaf etdirilməsi, sağlam ailələlərin cəmiyyət üçün vacibliyi və s. barədə ətraflı söz açıblar.

 

Sonda iştirakçıları  maraqlandıran suallar cavablandırılıb.

 

No description available.

 

 

No description available.