Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-13 09:00:00
Azİİ e-Kitab Evində biblioqrafik göstəricinin təqdimatı keçirilib

Oktyabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində görkəmli Azərbaycan alimi, AMEA-nın müxbir üzvi,  texnika elmləri doktoru, professor Rafiq Əliyevə həsr olunmuş biblioqrafik göstəricinin təqdimatı keçirilib.

 

AzEdu.az xəər verir ki, tədbirdə ADNSU-nun Elmi İşlər üzrə prorektoru, professor Lətafət Qardaşova, İTİF-in professor müəllim heyəti, MBA BA proqramlarının müəllim və tələbə heyəti, həmçinin professor Rafiq Əliyevin digər kitablarının redaktoru Rəfael Tağıyev də iştirak edib. Biblioqrafik göstərici rektor, professor Mustafa Babanlının ümumi redaktorluğu ilə hazırlanıb.

 

Tədbirdə çıxış edənlər dünya miqyasında tanınan alimin həyat və fəaliyyəti haqqında, onun genişmiqyaslı elmi əsərlərinin mahiyyəti haqqında iştirakçılara məlumat verib və alimin elmi yaradıcılığının əhəmiyyətindən danışıblar. LÜtfi Zadə elmi irsinin varisi olan R.Əliyev barəsində dünya alimlərindən sitatlar deyilib, həmçinin qeyri-səlis məntiq sahəsində fundamental kitablarından, Azərbaycan və dünya elminə verdiyi töhfələrdən danışılıb.

 

Qeyd edək ki, 2022-ci ilin nəşri olan kitab yüksək keyfiyyətə və nəfis tərtibata malikdir. Kitabda oxuculara görkəmli alimin həyat və yaradıcılığı, əsas elmi nailiyyətləri, müxtəlif xarici ölkələrdə dərc olunmuş monoqrafiyaları, dərslikləri, dərs vəsaitləri haqqında ətraflı məlumat verilib. Materiallar xronoloji ardıcıllıqla Azərbaycan və ingilis dillərində hazırlanıb.