Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-12 17:49:00
ADNSU tələbələri üçün master-klass keçilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrinə İNNAB Karyera Mərkəzinin mütəxəssisləri tərəfindən master-klass keçirilib.

 

AzEdu.az xəbər verir ki, ADNSU-nun Məzun-Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə İNNAB Karyera Mərkəzinin rəhbəri Vüsalə Hüseynova Müsahibə texnikaları və CV hazırlaması qaydaları, karyera planlaması haqqında tələbələrə geniş məlumat verib.

 

Sonra mərkəzin layihə rəhbəri Xəyal Səmədxan “İş dünyasında mütləq bilməli olduğumuz proqramlar” mövzusunda maraqlı faktlarla çıxış edib. O zamanla ayaqlaşmanın vacibliyini qeyd edərək müasir texnologiyalardan yüksək istifadəetmə bacarığının önəmindən danışıb. Uğurlu karyara qazanmaq üçün elmi nailiyyətlərin, savadlı mütəxəssis kimi yetişməyin vacibliyini qeyd edən qonaqlar sonda tələbələrin suallarını cavablandırıblar.