Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-12 17:34:00
AzTU-nun şəhid məzununun doğum günüdür  

Nurlan Əhmədli 1996-cı il oktyabrın 12-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2014-ci ildə orta məktəbi bitirib Azərbaycan Texniki Universitetinə (AzTU) qəbul olunub.

 

AzEdu.az xəbər verir ki, o, 2018-cı ildə AzTU-nu bitirib həqiqi hərbi xidmətə çağırılıb. 2019-ci ilin iyulunda xidmətini uğurla başa vurub.
O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Nurlan Əhmədli Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

 

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Nurlan Əhmədli ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!