Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-12 16:37:00
Azərbaycanda son sutkada 68 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 822 346 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 811 950 nəfər müalicə olunaraq sağalıb, 9 931 nəfər vəfat edib, aktiv xəstə sayı 465 nəfərdir.

 

Ölkədə son sutka ərzində 2 518, hazırkı dövrədək isə 7 280 330 test aparılıb.