Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-12 16:22:00
AzTU tələbələri Xalq Təhsili Muzeyini ziyarət edib

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə, müəllim və əməkdaşlarından ibarət qrup Xalq Təhsili Muzeyinə ekskursiya edib.

 

AzEdu.az xəbər verir ki, Xalq Təhsili Muzeyi 1932-ci il aprelin 27-də yaradılıb. Burada  təhsil sahəsində xidmətləri olan maarifçilər, elm xadimləri, ziyalılar, qabaqcıl müəllimlər haqqında ətraflı məlumatlar, həmçinin təhsil müəssisələrinə dair sənəd və materiallar, tədris prosesini əks etdirən fotoşəkillər və digər eksponatlar nümayiş olunur.

 

Tələbələr, həmçinin ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında tarixi xidmətləri, Prezident İlham Əliyevin uğurlu təhsil siyasəti, bu sahəyə göstərilən diqqət və qayğını əks etdirən stendlərlə də tanış olublar.

 

Ekskursiya zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.