Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-12 14:35:00
Abituriyentlər əsasən hansı ixtisaslara maraq göstərirlər?-Bölgələr üzrə göstərici/FOTO

 

İnformasiya texnologiyalarının sürətli inkişafı bəzi bəzi ixtisaslara marağı kəskin şəkildə dəyişir.

 

Məsələn, əvvəllər bank işi, mühasibat-uçotu və s. kimi ixtisasların yer aldığı II qrupa maraq xüsusilə oğlanlar arasında yüksək olsa da, son illərdə bu axın I qrup istiqamətində dəyişib.

 

Həmçinin ali təhsil müəssisələrinə qəbulda oğlanlar və qızların seçimdə üstünlük verdiyi ixtisaslar bölgələr üzrə müxtəlifdir.

 

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin 2021-ci ilə aid statistik məlumatlarına əsasən, Neftçala, Salyan, Ağstafa, Qazax, Siyəzən, Qax, Xaçmaz, rayonlarında, Sumqayıt şəhərində, eləcə də, Bakı şəhərinin Qaradağ, Suraxanı və Sabunçu rayonlarında oğlanlar yüksək faizlə (uyğun olaraq, 71.85%, 68.97%, 63.78%, 63.71%, 63.21%, 62.07%, 66.22%, 63.04%, 67.27%, 66.96% vԥ 60.43%) texniki ixtisaslar qrupunu seçiblər.

 

Əvvəlki illərdəki qəbulun nəticələri də göstərir ki, bu bölgələrdə oğlanların texniki ixtisaslara maraqları yüksəkdir və bu, bir ənənəyə çevrilib. Səbəb həmin bölgələrdə dəqiq fənlərin, xüsusən riyaziyyat, fizika fənlərinin tədrisi səviyyəsinin yüksək olması, həmçinin texniki elmlərlə bağlılığı olan sənaye müəssisələrinin mövcudluğudur.

 

Şübhəsiz, müəllimin nüfuzu, yüksək təhsili və pedaqoji bacarığı da şagirdlər arasında fənnin daha dərindən öyrənilməsini şərtləndirir. İxtisas seçərkən isə gənclər ən yaxşı bildikləri fənnin daha çox əhəmiyyət kəsb etdiyi ixtisas qrupuna üstünlük verirlər.

 

2021-ci ildə  Qobustan, Ordubad, Saatlı, Cəlilabad, Kəngərli, Şamaxı, Kəlbəcər, Abşeron, Şərur, Lerik, Babək və Gədəbəy rayonlarında qızlar humanitar ixtisaslara daha çox üstünlük veriblər.

 

Qeyd edək ki, 2022-ci ilin təhlilləri hələ yekunlaşmayıb.

 

No description available.