Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-12 12:58:00
Təhsil Tələbə Krediti Fondu Sumqayıtda tələbələrlə görüş keçirib

Təhsil Tələbə Krediti Fondunun (TTKF) təbliğat-təşviqat məqsədli görüşləri davam edir.

 

Fonddan AzEdu.az-a bildirilib ki, növbəti görüş Sumqayıt Dövlət Universitetinin 1-ci kurs tələbələri ilə keçirilib.

 

Görüşdə universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək dövlətin təhsilə qayğısından, bu istiqamətdə həyata keçirilən layihələrdən ətraflı bəhs edib. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinin əsas məqsədi təhsil tələbə krediti sistemi vasitəsilə təhsilin əlçatanlığını təmin etməkdir.

 

Təbliğat, təşviqat və maarifləndirmə məqsədilə keçirilən görüşdə TTKF-nin İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov fondun fəaliyyət istiqamətləri haqqında məlumat verib. Fondun fəaliyyətinin əsas məqsədinin təhsilə əlçatanlığı təmin etməkdən ibarət olduğunu vurğulayıb, müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları, təhsil tələbə kreditlərinə tətbiq edilən güzəştlər, möhlət dövrləri barədə geniş məlumat verib.

 

Tədbirdə tələbələrin sualları cavablandırılıb, təkliflər dinlənilib və geniş müzakirələr aparılıb.