Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-12 12:46:00
Məktəblinin öldüyü qəzada sürücü hərbi hissə komandiridir

Ağstafada avtomobillə 16 yaşlı oğlanı vurub öldürən şəxs hərbi hissə komandiri imiş.

 

Dünən saat 18 radələrində Ağstafa-Sadıxlı yolunun 8-ci kilometrliyində - Poylu kəndində B.Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurduğu 2006-ci il təvəllüdlü Nəsib Rauf oğlu Orucov tibbi müdaxiləyə baxmayaraq dünyasını dəyişib.

 

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində cinayət işi açılıb.

 

Qəzanı törədən B.Məmmədovun N saylı hərbi hissənin komandiri olması məlum olub.

 

Qafqazinfo.az