Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-12 11:27:00
Azərbaycanın 6 universiteti dünya reytinqində - FOTO
Böyük Britaniyanın “Times Higher Education” nəşri dünya universitetlərinin növbəti reytinqini (World University Rankings 2023”) açıqlayıb.
Reytinqə 104 ölkə və region üzrə 1799 universiteti daxil edilib. Bu ilki reytinqdə 15,5 milyondan çox tədqiqat nəşri üzrə 121 milyondan çox sitat təhlil edilib və dünya üzrə 40,000 alimin sorğu cavabları daxil edilib.
 
AzEdu.az təhsil araşdırmaçısı Orcu Mustafayevə istinadən xəbər verir ki, reytinqin ilk 10-luğu dünyanın ən nüfuzlu universitetlərindən təşkil olunub.
 
Reytinqdə Azərbaycanı 1500+ sıralamasında Bakı Dövlət Universiteti yerləşib. Azərbaycanın daha bir neçə universiteti aşağıdakı ardıcıllıqla reytinqin “reportyorlar” kateqoriyasında yer alıblar:
 
1. AMİU 
2.UNEC
3. Xəzər Universiteti
4.Naxçıvan Dövlət Universiteti
5. Qərbi Kaspi Universitet