Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-12 11:14:00
Azİİ e-Kitab Evi Beynəlxalq Kitab Sərgisində təltif olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evi  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştirakına görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən sertifikatla təltif olunub.

 

AzEdu.az xəbər verir ki, 5 gün davam edən kitab sərgisində 70 adda maraqlı eksponatla təmsil olunan Azİİ e-Kitab Evinin kitab fonduna bir çox təşkilatlar tərəfindən kitablar hədiyyə olundu. Bundan əlavə bir neçə kitabxana ilə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin Kitab evi, həmçinin Paşa Həyat və İrs nəşriyyat evi ilə əməkdaşlığın əsası qoyuldu.