Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-11 09:13:00
AzTU-nun müəllimləri beynəlxalq simpoziumda çıxış edib

Vyana Texniki Universitetinin təşkilatçılığı ilə Türkiyənin Antalya şəhərində 22-ci Beynəlxalq İstehsal Araşdırmaları Simpoziumu (ISPR2022) keçirilib.

 

AzEdu.az xəbər verir ki, simpoziumun əsas məqsədi universitetlərdən, şirkətlərdən, institutlardan, icmalardan, agentliklərdən, assosiasiyalardan və cəmiyyətlərdən tədqiqatçıları, alimləri və ekspertləri bir araya gətirmək, onlara öz ideyalarını, eləcə də istehsal əməliyyatlarının idarə edilməsi üzrə son inkişafları bölüşmək üçün imkan yaratmaqdan ibarət olub.

 

Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının müdiri Mehman Həsənov, kafedranın əməkdaşları -  dosent, texnika elmləri doktoru İslam İslamov, assistent Baloğlan Nəcəfov və doktorant Nadir Atayev beynəlxalxalq simpoziumun müxtəlif bölmələrində iştirak ediblər. 

 

Mehman Həsənov, Baloğlan Nəcəfov və Nadir Atayev beynəlxalq simpoziumun “Sənaye mühəndisliyi və robototexnika: Sənaye 5 tətbiqləri” bölməsində “3D-printerin tədqiqı və etibarlılığının hesablanması” mövzusunda məruzə ilə cıxış ediblər. İslam İslamov isə “Tezlik skanlayıcı antena qurğusunun modelləşdirilməsi” mövzusunda məruzə edib.

 

Qeyd edək ki, simpoziumun devizi “Sənaye 5.0-a doğru” olub.