Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-10 17:40:00
BDU-da "Natiqlik və ictimai çıxış" mövzusunda təlim təşkil olunub

Bakı Dövlət Universitetinin (BDU) könüllüləri və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə tələbələr üçün “Natiqlik və ictimai çıxış” mövzusunda təlim keçirilib.

 

Bu barədə AzEdu.az-a BDU-dan məlumat verilib. Bildirilib ki, şəxsi inkişaf üzrə ekspert, təlimçi Fəxri Məmmədzadənin iştirakı ilə keçirilən təlimin əsas məqsədi gənclərin natiqlik və kommunikasiya bacarıqlarının inkişafına dəstək olmaqdır.

 

BDU könüllülərinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi üzrə sədri Səma İsazadə təlimin tələbələr üçün əhəmiyyəti barədə məlumat verib.

 

Fəxri Məmmədzadə gənclərə “Natiqlik nədir?”, “Yaxşı natiq necə olmalıdır?” mövzularında məruzə söyləyib.

 

Diskussiya şəraitində davam edən təlimin sonunda tələbələrin diqqətini yoxlamaq üçün maraqlı oyun təşkil olunub.