Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-10 12:59:00
Nazir dərsləri distant təşkil etməyə çağırdı-Ukraynada SON vəziyyət


Bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib.

 

AzEdu.az xəbər verir ki, bu səbəblə Ukraynanın elm və təhsil naziri Sergey Şkarlet məktəb rəhbərləri, müəllim, şagird və valideynləri distant təhsilə keçməyə çağırıb:

 

“Bizim vəzifəmiz təhsil prosesinin bütün iştirakçıları üçün maksimum təhlükəsizliyi təmin etməkdir. Ona görə də cari həftənin sonuna qədər (14 oktyabr 2022-ci il tarixinədək) distant təhsillə bağlı qərar verməyinizi xahiş edirəm.

Təhlükəsizlik hər şeydən üstündür! Hər bir vətəndaşın həyatı və sağlamlığı hər şeydən üstündür!”

 

Hətta nazirin iştirakı ilə keçiriləcək mətbuat konfransı və planlaşdırılan bir sıra tədbirlər də təxirə salınıb.

 

Qeyd edək ki, yeni tədris ilində ölkənin bəzi bölgələrində əyani tədrisə start verilmişdi. Kiyevə atılan raketlərdən biri isə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb.