Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-07 16:43:00
UNEC-də 19 tələbə UDİD, 11 tələbə Minor proqramı üzrə təhsil alır-FOTO

UNEC-də iki ildir ki, tətbiq olunan UDİD və Minor əlavə təhsil proqramları uğurla həyata keçirilir.

 

AzEdu.az xəbər verir ki, həmin proqramlar sayəsində tələbələr əsas ixtisasları ilə yanaşı, seçdikləri ikinci ixtisasın bilik və bacarıqlarına yiyələnmək şansı əldə edirlər.

 

Yalnız UNEC tələbələrinin qoşula bildiyi UDİD proqramı sayəsində təhsil alanlar qəbul olduqları ixtisasla yanaşı, seçdikləri digər ixtisas üzrə də diplom əldə edirlər.

 

Minor proqramına isə istənilən ali təhsil müəssisəsinin tələbəsi qoşula bilər.

 

2021/2022-ci tədris ilində UDİD proqramı üzrə 8 tələbə, Minor proqramı üzrə isə 4 tələbə təhsilə cəlb olunub. 2022/2023-cü tədris ilində isə UDİD proqramına 11, Minor proqramına 7 tələbə qoşulub.

 

Tələbələrin maraq göstərdiyi əsas ixtisaslar “Maliyyə”, “Beynəlxalq ticarət və logistika”, “Menecment”, İnformasiya texnologiyaları”, “İnformasiya təhlükəsizliyi”, “Dizayn” və s. iqtisadi və texniki ixtisaslarıdır.

 

Proqrama sənəd qəbulu iyun-avqust aylarında aparılır.

 

Ətraflı məlumathttps://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/