Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-07 11:35:00
“Məktəblinin dostu”  özünü bu məsələlərdə doğrultmadı -Ekspertdən İTTİHAM  

 

Son günlər təhsil sahəsində, xüsusən də, məktəblərdə neqativ hadisələr baş tutur.

 

Bu, da orta təhsil müəssisələrində psixoloji-pedaqoji vəziyyətin yaxşı olmadığından xəbər verir. Belə ki, təhsil müəssisələrində həmin prosesin həyata keçirilməsinə “Məktəblinin dostu” məsuliyyət daşıyır.

 

Lakin bu sahələrdə boşluqların olması  “Məktəblinin dostu” layihəsinin fəaliyyətini sual altına alır.

 

AzEdu.az-a danışan təhsil eksperti Elşən Qafarov da bu layihənin effektiv olmadığı qənaətindədir.

 

“Məktəblinin dostu”  layihəsinə start verildiyi gündən vurğuladım ki, o, Azərbaycan təhsilinə uyğun olmayan prosesdir. Onu kim hansı düşüncə ilə fikirləşib və əsasını qoyubsa, düzgün deyil. “Məktəblinin dostu”nun təhsil müəssisəsi ilə  heç bir əlaqəsi yoxdur.

 

4 ildir ki, “Məktəblinin dostu” fəaliyyət göstərir. Orta hesabla bir məktəblinin dostu 1000 şagirdə nəzarəti həyata keçirməlidir. Bu kimi layihələrlərin olması absurdluq üzərində qurulub. Məktəblərdə tərbiyə sistemini düzgün şəkildə formalaşdırmaq lazımdır. Məktəb psixoloqlarının fəaliyyətini genişləndirmək lazımdır, onların maaşı 350 manat, məktəblinin dostu isə 500-600 civarındadır. Onların  təlim-tərbiyə prosesinin təşkilindən  xəbərləri yoxdur. Həmin şəxslər məktəblərdə pedaqoji-psixoloji yardımın həyata keçirilməsinə məsul olan insanlardır. Onların psixologiya və pedaqogikadan anlayışları yoxdur, necə yardım edəcəkləri isə sual altındadır. Birmənalı şəkildə “Məktəblinin dostu” layihəsini  bağlamaq lazımdır.  "Məktəblinin dostu" orta təhsil müəssisələrində vətənpərvərlik  hissi formalaşdırmaq üçün yaradılsa da,  bəzən münasibətlərin korlanmasına istiqamətlənən layihə kimi görünür. Layihə Azərbaycan mühitinə çox yaddır. Zaman keçmədən onu ləğv etmək lazımdır. “Məktəblinin dostu” layihəsində çalışan  gənclər bizim övladlarımız və balalarımızdı, məsələ onlardan getmir, layihə özlüyündə düzgün təşkil olunmalıdır”.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları