Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-07 11:07:00
ADNSU-nun əməkdaşları "Burdan min atlı keçdi" tamaşasını izləyiblər

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Burdan min atlı keçdi" tamaşasının ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş nümayişi keçirilib.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı, prorektorlar, universitetin əməkdaşları və digər qonaqlar tamaşanı izləyiblər.

 

AzEdu.az xəbər verir ki, ikihissəli xronoloji tarixi dram tamaşasında çox böyük mətləblərə toxunulub.

 

Ermənistanın Azərbaycana qarşı tarix boyu irəli sürdüyü ərazi iddiaları, ulu öndərin hələ XX əsrin 60-cı illərindən başlayaraq erməni millətçilərinə qarşı mübarizə tamaşanın əsas süjet xəttini təşkil edib. Yeni və ən yeni tariximizin gerçək hadisələrinin təsviri, aktyorların peşəkar ifası tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.