Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-07 09:13:00
Almaniyadan dəvət olunan müəllim AzTU-da dərs deyəcək

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə Almaniyadan dəvət olunan Klaudio Kasperl Azərbaycan Texniki Universitetində (AzTU) alman dilini tədris edəcək.

 

AzEdu.az xəbər verir ki, iki il ərzində AzTU-nun Xarici dillər kafedrasında fəaliyyət göstərəcək Klaudio Kasperl alman dilinin tədrisi ilə yanaşı DAAD-ın proqramları barədə məlumatlandırma və təşfiq işlərini də həyata keçirəcək.

 

Qeyd edək ki, Klaudio Kasperl hazırda AzTU-da bakalavriat səviyyəsində 3 qrupda alman dilinin tədrisinə başlayıb.

 

O, həmçinin Xarici dillər kafedrasının müəllimləri və alman dili üzrə baza bilikləri olan əməkdaşlar üçün də danışıq kursları təşkil edir.