Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-06 11:16:00
Koreyada təqaüd proqramına qeydiyyat başlanıb

Koreya Respublikası 2023-2024-cü tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramı elan edib.

 

Elm və Təhsil Nazirliyindən  AzEdu.az-a bildirilib ki, bakalavriat təhsil səviyyəsi üzrə elan olunan proqrama 25 yaşadək Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər.

 

Proqramda iştirak etmək istəyənlər oktyabrın 13-dək sənədlərini Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.

 

Təqaüd proqramı barədə ətraflı məlumatIa elan vasitəsilə tanış olmaq mümkündür.