Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-05 09:15:32
Bu gün Beynəlxalq Müəllimlər günüdür  

Bu gün Beynəlxalq Müəllimlər günüdür.

 

AzEdu.az  xəbər verir ki, 5 oktyabr Beynəlxalq Müəllimlər gününün qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il il oktyabrın 5-də YUNESKO verib. Həmin vaxt bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. 



İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-i müəllimlərin peşə bayramı günü kimi qeyd edilir.

 

Xatırladaq ki, Azərbaycanda Müəllimlər günü 1993-cü ildən qeyd olunur. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Müəllimin məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir.