Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-03 12:14:00
Məktəblərdə ciddi problem: Şagird sıxlığı keyfiyyətə necə təsir edir?-SORĞU

 

Hazırda təhsil sahəsində əsas problemlərdən biri də siniflərdə yaşanan şagird sıxlığı ilə bağlıdır.

 

Həm yuxarı, həm də aşağı siniflərdə sıxlıq problemi ilə bağlı şikayətlər səsləndirilir. Hətta bəzi valideynlər yaşadıqları, yaxud ona yaxın ərazidə yerləşən məktəblərə övladlarını qeydiyyatdan keçirə bilmədiklərini qeyd edirlər. Bununla yanaşı nəzərə alaq ki, şagird sıxlığı isə təhsilin keyfiyyətinə birbaşa təsir edən amillərdəndir.

 

AzEdu.az məsələ ilə bağlı valideynlər və müəllimlərin ən çox şikayətləndirkləri məqamları və redaksiyamıza daxil olan şikayətlərin bir qismini təqdim edir:

 

Şahvələd Nuriyev

 

-Çox bölgələrdə xüsusi normativlər, yəni sinif otaqlarının ölçüsü ilə şagirdlərin sayı nəzərə alınmır. Bu normativlər ictimayyətdən gizlədilir. Guya büdcəyə qənaət edirlər. Həmdə bunu uşaqlarımızın, övladlarımızın haqqına girməklə edirlər. Həmçinin 25 30 şagirdlə müəllim bu darısqal sinif otağında nə uğur qazanacaq?

 

Rauf Quləliyev

 

-Ən böyük problemlərdən biri ibtidai siniflərin komplektləşdirilməsidir. Məsələn, şagird sayı 20-dən az olduqda 1-ci və 3-cü siniflər birləşdirilir. Müəllim bir 45 dəqiqədə iki sinifdə fərqli mövzuları öyrətməyə çalışır.

 

Aynur İmranlı

 

-Doğrudur, valideyn də şikayətlənir ki, mənim övladımdan müəllim niyə dərsi soruşmur. Anlatmaq olmur ki, şagird sayı çox olanda müəllim 45 dəqiqəyə ən yaxşı metodla belə hazırki dərs sistemini çatdırmaqda çətinlik çəkir. Xüsusilə də ibtidai siniflərdə.

 

Malik Məmmədov

 

-Sinifdə şagirdin maksimum sayı 20 nəfər,minimum 18 nəfər olmalıdır.Bu həlda dərsin keyfiyyətindən söhbət gedə bilər.İndi müəllimin gərgin əməyi,sağlamlığı naminə 35-40 nəfər şagirdlərə dərs deyilir.Nazirlər Kabineti bu məsələni birdəfəlik həll etməlidir.Yuxarı və aşağı hədd konkret qoyulmalıdır.

 

İsmail Sultanov

 

-Siniflərdə şagir sayı haqqında konkret qayda olmalıdır. Məsələn, ibtidai siniflər  üçün şagird sayı 20, yuxarı siniflər isə 25 olaraq nəzərdə tutulmalıdır.

 

Aqil Muxtarov

 

-30 şagirdə 45 dəqiqə müddətində dərsi keyfiyyətli şəkildə mənimsətmək necə mümkündür? Sonra isə şagird niyə repititor yanına gedir deyirik. Əminliklə deyirəm ki, ali məktəblərə qəbulun 95% - i məhz repititorların əməyinin nəticəsidir.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 22 iyun tarixli 212 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı ilə bağlı müəyyən normalar təsdiq edilmişdir.

 

Qərarə əsasən , 2020-ci ildə Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları"nın təsdiq edilməsi haqqında" qərarı təsdiqləyib. Həmin qərarda dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları öz əksini tapıb. Burada qeyd olunur ki, eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir. Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən sinifdə şagirdlərin sayı 3 nəfərdən çox azaldıqda və ya artdıqda, sinif bu Normalarla müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir. Tam orta təhsil səviyyəsində təmayül siniflər 15 nəfərdən az və 20 nəfərdən çox olmamaqla təşkil edilir. Eyni təmayül sinfində şagirdlərin sayı 20 nəfərdən çox olduqda paralel siniflər təşkil edilir.

 

Siniflər üzrə şagird sıxlığı normalarının qəbul olunmasına baxmayaraq, təəssüf ki, bir sıra məktəblərdə şagird sıxlığı problemi hələ də müşahidə olunur.

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları