Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-05 11:07:00
Qubanın ağ üzləri – Bu il qəbul olan yetirmələrin seçdiyi universitetlər

Abituriyentlərin ali təhsil müəssisələrinə qəbul imtahanları artıq yekunlaşıb. Bəzi bölgələr ixtisas seçimi müsabiqəsində xüsusi nailiyyətləri ilə fərqlənib.

AzEdu.az  Quba rayonundan olan  abituriyentlərin qəbul  göstəricilərini təqdim edir:

Maraqlısı odur ki, bu bölgədə abituriyentlərin çoxu müəllimlik ixtisasını seçib. 111 abituriyent Azərbaycan Dövlət  Pedaqoji  Universitetinə qəbul olunub.  

Növbəti yerdə isə Bakı Dövlət Universiteti gəlir. Bu ali təhsil müəssisəsinə rayon üzrə 74 nəfər qəbul olunub. Sumqayıt Dövlət Universitetinə 33, Azərbaycan Dövlət İqtisad Universitetinə isə rayon üzrə 32 abituriyent qəbul olunub. 8 nəfər Azərbaycan Tibb Universitetinin, 5 nəfər isə ADA universitetinin tələbəsi adını qazana bilib.

Rayon üzrə ən az tələbə isə Azərbaycan İlahiyyat İnstitutu, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət ədəniyyət və İncəsənət Universitetini seçiblər.

I ixtisas qrupu üzrə qəbuloma faizi 44.90, II qrup üzrə 52.23, III qrup üzrə 35.18, IV qrup üzrə isə 52,17, V ixtisas qrupu üzrə isə 2. 30% olub. Rayon üzrə ümumi qəbul faizi isə 40.68% olub.

Qeyd edək ki, Quba rayonundan abituriyentlərin çoxu, yəni, 176 nəfəri I ixtisas qrupu üzrə imtahan verib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları